Geri qaytarma siyasəti
Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir. “BERLIN MP” mağazalar şəbəkəsindən alınan məhsullar (iç geyimləri xaric) alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər. Məhsulu dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı ala və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürə bilər.
Geri qaytarma səbəbi
Məhsul istifadə olunmayıbsa və ya əmtəə görünüşü pozulmayıbsa, bu halda geri qaytarılma mümkündür. Bunun üçün mağazadakı satış müdiri tərəfindən ilkin yoxlama həyata keçirilir. Qeyd edək ki, iç geyimlərdə geri qaytarılma mümkün deyil.
Ödənişin geri qaytarılması
Məhsul nağd ödənişlə əldə olunubsa, istehlakçı “BERLIN MP”nin “Atatürk” filialına yaxınlaşaraq məhsulu qaytara və ödənişi geri ala bilər.
Məhsul nağdsız ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı mağaza tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 3-4 iş günü ərzində karta geri qaytarılır.
Qaytarılma və dəyişdirilmə şərtləri ilə bağlı hər hansı sualınız varsa, “BERLIN MP”nin veb-saytındakı “Canlı çat” bölməsinə, sosial media hesablarına yaza, 055 251 22 03 WhatsApp nömrəsi ilə əlaqə saxlaya və yaxud sizə ən yaxın “BERLIN MP” mağazasına yaxınlaşa bilərsiniz.
Study history up to 30 days Up to 5 users simultaneously Has HEALTH certificate